Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qlobal fəlakətdən salamat çıxacaq beş ölkə: Rusiya mobil sığınacaqların istehsalına başladı
Qlobal fəlakət zamanı Yer üzərində Günəş işığının kəskin azalması halında yalnız beş ölkə salamat qala biləcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Yeni zelandiyalı alimlər qrupu açıqlama verib. Onların tədqiqatlarının nəticələri "Risk Analysis" jurnalında dərc olunub.
Bildirilir ki, nüvə silahının tətbiqi ilə hərbi münaqişənin nəticələri, yəni "nüvə qışı" beş-on il davam edə bilər.
"Bu müddətdə yalnız Avstraliya, İslandiya, Yeni Zelandiya, Solomon adaları və Vanuatu kimi inkişaf etmiş kənd təsərrüfatına malik ada dövlətləri salamat qala biləcəklər", - deyə hesabatda bildirilib.
Yeri gəlmişkən, ABŞ Müdafiə Nazirliyi Rusiya da daxil olmaqla Şərqi Avropa ölkələrinin kənd təsərrüfatı sektoruna nüvə silahının təsirinin nəticələrini araşdırmaq üçün ABŞ şirkəti ilə 34 milyon dollarlıq müqavilə imzalayıb. Rusiyanın özündə isə artıq nüvə hücumundan və digər təhdidlərdən qorunmaq üçün mobil sığınacaqların istehsalına başlanılıb.
"Nüvə müharibəsi" teqi üzrə xəbərlər
- Trampın qayıdışı ərəfəsində İsrail İrana hücum planlayır?
- "Qiyamət günü" stansiyasından qəribə siqnallar: Yadplanetlilərdir, ya fəlakətə dair xəbərdarlıq?
- Atom bombasının yaradıcısının nəvəsindən nüvə silahı barədə məyusedici proqnoz
- Medvedev: "Kiyevə nüvə silahının verilməsi Rusiyaya hücuma bərabər tutulacaq"
- ABŞ-də Baydenin Ukraynaya nüvə silahı verməkdə əsl məqsədi açıqlandı
Rəylər