SSRİ prezidenti Mixail Qorbaçov Dövlət Dumasının bəzi deputatlarının onun mühakimə edilməsi barədə tələblərini başdan-ayağa cəfəngiyat adlandırıb.
Oxu.Az bildirir ki, İnterfaksa-a verdiyi müsahibəsində qeyd etdiyinə görə, “bu çağırışlar bəzi deputatların şəxsi piar etmək səyidir. Onların adlarının çəkilməsi, onlar barədə danışılması bu adamlara xoş gəlir. Amma çağırış düşünülməmiş və tarixi faktlar nöqteyi-nəzərindən tamamilə əsassızdır”.
“Əgər bu qibtədirsə, qibtə olunmalı heç bir şey yoxdur. Deputatlar bir neçə dəfə prezidentin təqaüdünün heç olmasa deputatların təqaüdü səviyyəsinə qaldırılması barədə məsələ qaldırsalar da, bu məsələ heç müzakirə belə edilməyib”, - deyə, o bildirib.
“Kimə mane olmağım isə, son 20 gün ərzində bir neçə dəfə öldüyüm barədə yayılan xəbərlərdən görünür. Bu insanların vicdanı yoxdur. Mən sözsüz ki, belə bəyanatlara reaksiya vermirəm, çünki işlə və sağlığımla məşğulam”, - Qorbaçov deyib.