Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, aprel ayının 19-da Opera və Balet Teatrının səhnəsində, tanınmış italyan dramaturqu Luici Lunarinin “Kələk və ya həyatın şirin yalanı” məzhəkəsi oynanılacaq.
Tamaşada: Sergey Astaxov, Dmitri İsayev və Vyaçeslav Razbeqayevdən ibarət populyar Rusiya triosu iştirak edir.
“Kələk” bizim günlərdə baş verir. Mistik komediyada üç italyanın başına gələn qeyri-adi və inanılmaz hadisələrdən danışılır.
Adət etdiyimiz maço əvəzinə Astaxov, İsayev və Razbeqayev tamaşaçılara məzəli, çaşqın və eyni zamanda gülməli obrazlar təqdim edirlər.