Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qreta Tunberq Helsinki Universitetinin fəxri doktoru oldu
Ekoloji fəal Qreta Tunberq, Finlandiya Prezidenti Sauli Niinistö və dünyanın müxtəlif ölkələrindən olan digər 28 nəfər Helsinki Universitetinin müxtəlif elm sahələri üzrə fəxri doktoru adına layiq görülüblər.
Tunberq Dinşünaslıq fakültəsinin fəxri doktoru adını alıb. Universitet professoru Martti Nissinen deyib ki, Qretanı fəxri doktor kimi seçməklə biz onun kimi cəsarətli və nüfuzlu olmaq istədiyimizi bildiririk.
Finlandiya Prezidenti isə Fəlsəfə fakültəsinin fəxri doktoru adına layiq görülüb.
Qeyd edək ki, Qreta Tunberqin 20 yaşı var.
Məlumat üçün bildirək ki, Helsinki Universiteti Finlandiyanın ən qədim və ən böyük universitetidir. Orada 40 minə yaxın tələbə təhsil alır. Universitet 1640-cı ildə yaradılıb.
Mənbə: newizv.ru
Rəylər