Odessa dövlət vilayət administrasiyasının sədri Mixail Saakaşvili Odessada Rusiyadan yan keçərək Avropaya bərə daşımaları üçün inşaatdan danışdı.
Oxu.Az xəbər verir ki, bu barədə şəhərin rəsmi saytında bildirilib.
“Rusiyadan yüklər 30 gün müddətinə gedir. Azərbaycandan, Potidən Odessaya bütün lojistikaya doqquz gün vaxt sərf edilir. Bura biznesi cəlb etmək üçün ilk növbədə yükdaşımaya tarifləri azaltmaq lazımdır. Onlar yüksəkdir. İkincisi bərə daşımaları, lojistik mərkəzlər lazımdır”, - Saakaşvili deyib.
O, həmçinin qeyd edib ki, artıq investorlar var, onlar bərələrin inşasına və yük daşımalara hazırdırlar.