Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Quş qripi virusu insana keçə bilər - Mütəxəssisdən qorxulu xəbərdarlıq
"Avropa ölkələri və ABŞ-da pişiklər arasında kütləvi şəkildə yayılan quş qripi (H5N1) virusu böyük ehtimalla insana keçə bilər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Qinsburq "İzvestiya" qəzetinə müsahibəsində xəbərdarlıq edib.
Onun sözlərinə görə, patogenin yüksək yoluxuculuğa malik olması və ağır simptomlar yaratması, bu virusun səbəb ola biləcəyi potensial epidemiyanı təbii çiçək xəstəliyi ilə müqayisə etməyə əsas verir.
"Bizə bu virus üçün vaksin prototipi lazımdır... Bu infeksiyanın ölüm göstəricisi 50-70% təşkil edir və əgər hava-damcı yolu ilə ötürülməyə başlasa, təbii çiçək onun yanında sadəcə bir oyuncaq kimi qalar", - deyə Qinsburq xəbərdarlıq edib.
"H5N1 virusu (quş qripi)" teqi üzrə xəbərlər
- Quş qripi pandemiyaya səbəb ola bilər - XƏBƏRDARLIQ
- Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olundu
- Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər
- Qrip tarixə qovuşa bilər: Yeni kəşf 10 illik qoruma vəd edir
- AQTA sədri: "Rusiya və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanıb"