Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Quterreş: "Kipr məsələsində mühüm irəliləyiş əldə edilib"
Cenevrədə keçirilən ikigünlük sammitin iştirakçıları Kipr probleminin həllində əhəmiyyətli irəliləyiş əldə edərək adada hər iki istiqamətdə - cənubdan şimala və şimaldan cənuba hərəkət üçün dörd nəzarət-buraxılış məntəqəsini (NBM) açmağa razılaşıblar.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, kiprli türklərin lideri Ersin Tatar və Cənubi Kiprin Prezidenti Nikos Xristodulidis qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş bir sıra təşəbbüslər barədə razılığa gəliblər. Bunlara dörd NBM-in açılması, bufer zonanın minalardan təmizlənməsi üzrə səylərin artırılması, gənclər, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə bağlı təşəbbüslər, eləcə də qəbiristanlıqların bərpası üzrə texniki komitənin yaradılması daxildir.
"Biz iyulun sonunda bu formatda görüşün keçirilməsi barədə razılığa gəldik və mən növbəti addımları hazırlamaq üçün şəxsi nümayəndə təyin edəcəyəm", - baş katib əlavə edib.
"Şimali Kipr Türk Respublikası (ŞKTR)" teqi üzrə xəbərlər
- Şimali Kipr Fransanı oynadığı oyunların təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
- Fransadan Şimali Kiprə qarşı təxribat
- Türkiyəli deputat: "Ermənistan öz konstitusiyasını dəyişməlidir"
- Hüseyn Işıksal: "Qərbi azərbaycanlılarla Şimali kiprlilərin ortaq cəhətləri çoxdur"
- Şimal Kipr prezidenti: "Bakı ilə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib"