Qvineyada Qbessiya kommunasında yerləşən "Dar-əs-Salam" adlı böyük zibil poliqonunun sürüşməsi nəticəsində azı 30 nəfər həyatını itirib, daha 22 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, bu barədə avqustun 24-də Qvineya hökuməti rəsmi məlumat yayıb.
"Hadisə nəticəsində bir neçə yaşayış binası uçub. 30 nəfər həlak olub, altı nəfər ağır, daha 16 nəfər isə yüngül xəsarətlər alıb", - deyə açıqlamada qeyd olunub.
Bildirilir ki, hadisədən dərhal sonra dağıntılar altında qalan insanların axtarışı, yaralılara tibbi yardımın göstərilməsi və cəsədlərin çıxarılması üçün əraziyə xilasetmə qüvvələri cəlb edilib.
Vəziyyəti qiymətləndirmək və dövlət qurumlarının fəaliyyətinə nəzarət etmək məqsədilə Baş nazir Amadu Uri Bax hadisə yerinə gəlib.