Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rəsmi Ankara “S-400”lərin aqibəti barədə
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankaranın Rusiyadan “S-400” zenit-raket kompleksləri alması ilə əlaqədar ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiqinin mümkünlüyü məsələsini şərh edib.
Oxu.Az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
“Türkiyənin suveren ölkə olaraq bu məsələlərdə müstəqil qərar vermək hüququ var. Müdafiə sistemləri və texnologiyalarını kimdən və haradan alacağına Türkiyə özü qərar verir”, - deyə mətbuat katibi “Bloomberg” telekanalına verdiyi müsahibədə bildirib.
Kalının sözlərinə görə, Vaşinqton Türkiyəyə qarşı sanksiyalar qəbul etsə, Ankara buna adekvat cavab verəcək.
Mətbuat katibi əmin edir ki, belə bir addım Türkiyəni öz mövqeyindən daşındırmayacaq, əksinə ikitərəfli münasibətlərə ağır zərbə vurmuş olacaq.
F.M.
www.oxu.az
"İbrahim Kalın" teqi üzrə xəbərlər
- Türkiyə MİT rəhbəri: "Azərbaycan-Ermənistan sülh sazişi Zəngəzur dəhlizinin açılmasını təmin edəcək"
- Türkiyənin MİT rəhbəri İbrahim Kalın basketbol bacarıqlarını nümayiş etdirdi
- Türkiyə MİT-in rəhbəri ABŞ-də Qafqazdakı vəziyyəti müzakirə edəcək
- Türkiyə “Terroristan” qurulmasına icazə verməyəcək - YENİLƏNİB
- Ərdoğan: “Türkiyə kəşfiyyatı İsraillə təmaslara davam edir”
Rəylər