Myanmada məhkəmə qərarı olmadan edamla bağlı gizli sənədləri yaymaqda və Arakan müsəlmanları ilə bağlı araşdırmada ittiham olunan “Reuters” agentliyinin müxbirləri yeddi il müddətinə azadlıqdan məhrum edilib.
Oxu.Az xəbər verir ki, Van Lon və Kyava So O Myanmanın dövlət sirri haqqında qanunu pozmaqda təqsirli bilinib.
“Bu gün Myanma məhkəməsi “Reuters” agentliyinin müxbirləri Van Lon və Kyava So Onu azadlıqdan məhrum edib”, - “Reuters”in baş redaktoru Stiven Adler deyib.
Müxbirlər dekabrın 13-də saxlanılıb və onlara dövlət sirrini yaymaq ittihamı irəli sürülüb.