Rio-de-Janeyroda hücuma məruz qalan avtobusda azərbaycanlı olmayıb.
Oxu.Az Trend–ə istinadən xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
Onun sözlərinə görə, avtobusda Azərbaycan nümayəndəsi olmayıb: “Narahatlığa əsas yoxdur. Avtobusda Azərbaycan nümayəndə heyətindən heç kim olmayıb”.
Qeyd edək ki, hücuma məruz qalan avtobusun iki şüşəsi sındırılıb.
Hadisə nəticəsində Belarusdan olan könüllü və türk jurnalist yüngül xəsarət alıblar.
10:08
Rio-de-Janeyroda Olimpiyadanın idman obyektləri arasında hərəkət edən jurnalistlərin olduğu avtobus daşa basılıb.
Oxu.Az BBC-ə istinadən xəbər verir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb.
Avtobusun iki pəncərəsi qırılıb, salonda olan jurnalistlər yüngül xəsarətlər alıblar.
Hadisə yerinə gələn polislər avtobusu mətbuat mərkəzinə qədər müşayiət ediblər.
Beynəlxalq Olimpiya Komitəsinin məlumatına görə, yerli hakimiyyət hadisənin araşdırılmasına başlayıb.