Roma Papası Fransisk abortu “qəti şər” adlandırıb, bununla yanaşı isə “Zika” virusuna yoluxma halında hamiləlikdən qorunmağı “kiçik şər” hesab edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı apostol səfərində olduğu Meksikadan qayıdarkən Papa təyyarəsinin göyərtəsində söyləyib.
“Hamiləlikdən qorunma günahını abortla səhv salmayın. Abort – ideoloji problem deyil, bəşəri porblemdir. Abort – şərdir, bu cinayətdir, - bunu Papa jurnalistin “Zika” virusunun dölün inkişafına mənfi təsirin nəzərə alaraq hamiləlikdən qorunmaya dair verdiyi sualın cavabında deyib. - Xilas etmək üçün öldürmək – mafiya belə edir. Hamiləlikdən qorunma isə kiçik şərdir”.