Dünən xristianlığın qəbul edilməsi konsepsiyasına həsr edilmiş moizəsində Roma Papası Fransisk sensasiyalı bəyanat verib.
Oxu.Az The Independent-ə istinadən xəbər verir ki, Papanın bəyan etdiyinə görə, katolik kilsəsinin qapıları hamının üzünə açıqdır və o hətta yadplanetliləri belə xaç suyuna salmağa hazırdır, əgər təbii ki, onlar belə bir xahişlə Vatikana müraciət edərlərsə.
Moizədə Papa hətta ilk bütpərəstlər tərəfindən islamın qəbul edilməsinə dair hədisləri belə xatırladıb.
“Allah bizə yol göstərəndə, biz ona – yox, İlahi bu düzgün deyil, gəl başqa cür edək deyə bilmərik! Biz kimik ki, qapımızı kiminsə üzünə bağlayaq?”, Papa Fransisk deyib.