Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ronaldu komandasını dəyişə bilər
"İnter Mayami"nin prezidenti Devid Bekhem "Ən-Nəsr"in hücumçusu Kriştiano Ronaldunu ABŞ klubuna transfer etmək imkanlarını araşdırır.
Qeyd olunur ki, Bekhem Ronaldu və argentinalı hücumçu Lionel Messini bir klubda birləşdirmək fikrini çox bəyənir.
Xatırladaq ki, 2022-ci ilin payızında Ronaldu "Mançester Yunayted"də çıxış edəndə KİV Bekhemin artıq portuqaliyalı hücumçu ilə danışıqlar apardığını yazmışdı.
Bu mövsüm Ronaldu bütün turnirlərdə 40 matçda iştirak edib, 41 qol vurub, 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədədir. Məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.
Mənbə: championat.com
Rəylər