Rusiyanın Rostov şəhərində baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.
Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun göstərişinə əsasən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşının olub-olmaması ilə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə əlaqə saxlanılıb. Mərkəzdən qəzada ölənlər arasında Azərbaycan vətəndaşının olmadığı deyilib.
Qeyd edək, Dubay-Rostov reysi ilə uçan Boing-738 təyyarəsi gecə saatlarında qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəza nəticəsində 62 nəfər ölüb.
Xatırladaq ki, Rusiyanın rostov.kp.ru saytı qəzaya uğrayan təyyarənin göyərtəsində Rusiya vətəndaşları ilə yanaşı, Azərbaycan, Ukrayna və Hindistan vətəndaşlarının olduğu barədə məlumat yayıb.
12:01
Rostovda qəzaya uğrayan təyyarənin sərnişinləri arasında azərbaycanlı yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə “FlyDubai” şirkətinin yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, həlak olan 55 sərnişindən 33-ü qadın, 18-i kişi, 4-ü isə uşaqdır.
Onlardan 44-ü rusiyalı, 8-i ukraynalı, 2-si hindistanlı, 1-i isə özbəkistanlıdır.
11:33
Qəzaya uğrayan “Boeing”in göyərtəsində rusiyalılarla yanaşı, xarici - ən azı səkkiz nəfər Ukrayna, Azərbaycan və Hindistan vətəndaşı da olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Komsomolskaya ravda”nın Rostov bölməsi yazıb.
Qeyd edilib ki, Rostovda qəzaya uğrayan təyyarənin göyərtəsində 61 nəfər, o cümlədən dörd uşaq olub, onların hamısı həlak olub.
İlkin məlumata görə, “Boeing” ikinci cəhdən uçuş zolağına enməyə çalışıb. O, 2 saat 9 dəqiqə ərzində aerportda gözləmə zonasında olub.
Eniş zamanı təyyarə yerə toxunub və hissələrə parçalanıb. Eniş zolağına çatmağına çox az qalmışdı, mütəxəssislər təyyarənin eniş zolağına 300 m qalmış düşüb.