Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Rumble"ın yaradıcısı Durovun həbsindən sonra Avropanı tərk etdi
"Rumble" videohostinqinin yaradıcısı Kris Pavlovski "Telegram" mesencerinin yaradıcısı Pavel Durovun həbsi ilə əlaqədar Avropanı tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mən indicə Avropanı sağ-salamat tərk etdim", - Pavlovski yazıb.
Onun sözlərinə görə, Fransa hakimiyyəti videohostinq saytını hədələyib və indi onlar "Telegram"ın qurucusunu söz azadlığını məhdudlaşdırmadığına görə həbs edərək, qırmızı xətti keçiblər.
Xatırladaq ki, avqustun 24-də Durov Parisin "Le Burje" hava limanında həbs edilib. Fransa hakimiyyətinin "Telegram"a və sahibkara qarşı əsas şikayəti mesencerdə şifrələnmiş mesajlardır. "Telegram"ın təsisçisini 20 ilə qədər həbs gözləyir.
I’m a little late to this, but for good reason — I’ve just safely departed from Europe.
— Chris Pavlovski (@chrispavlovski) August 25, 2024
France has threatened Rumble, and now they have crossed a red line by arresting Telegram’s CEO, Pavel Durov, reportedly for not censoring speech.
Rumble will not stand for this behavior and…
Rəylər