Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Fənərbağça" "Rizespor"u "qol yağışı"na tutdu
Türkiyə Süper Liqasının 3-cü turunda Joze Mourinyonun rəhbərlik etdiyi "Fənərbağça", İlhan Palutun rəhbərlik etdiyi "Çaykur Rizespor"la üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, gərgin keçən oyunda "Fənərbağça" rəqibini 5:0 hesabı ilə məğlub edərək 3 xal qazanıb.
"Çaykur Didi" stadionunda keçirilən görüşdə "Fənərbağça" xal hesabını 7-yə çatdırıb. "Rizespor" isə 4 xalda qalıb.
Beləliklə, Mourinyonun komandası mövsümə uğurlu başlanğıc edib.
Ən çox oxunanlar
Rəylər