Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rumıniyada prezident seçkisinin nəticəsi ləğv edilib
Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkisinin birinci turunun nəticəsini ləğv edib.
Oxu.Az xəbər verir ki, Rumıniyanın "Digi24" telekanalı məlumatı rəsmi mənbələrə istinadən yayıb.
Hələlik Rumıniyada yeni prezident seçkisinin nə zaman keçiriləcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, noyabrın 24-də keçirilmiş birinci turda Kelin Corcesku üstünlük əldə etmişdi. Prezident seçkisinin ikinci turu dekabrın 8-də baş tutmalı idi.
"Rumıniya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər