Rusiya 2023-cü ilə planlaşdırılmış üçüncü Avropa Oyunlarını qəbul edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV yayıb.
“Bizim Avropa Olimpiya Oyunlarını keçirmək imkanımız var. Əgər Rusiyaya etibar edilsə, o zaman 2023-cü ildə keçirmək olar”, - deyə yüksək vəzifəli mənbə Rusiyanın MATÇ.TV idman kanalına bildirib.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib, ikinci oyunlar isə 2019-cu ildə Belarusun paytaxtı Minskdə baş tutacaq.
Ə.Ş.
www.oxu.az