Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya AŞPA-nın qış sessiyasında iştirakdan imtina etdi
Rusiya nümayəndə heyəti AŞPA-nın yanvar ayının 25-dən 29-na qədər Strasburqda keçiriləcək qış sessiyasında iştirak etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə RBK-ya Dövlət Duması və Federasiya Şurasındakı 4 müxtəlif mənbə bildirib.
Rusiyanın AŞPA-nın işinə dair münasibətini yanvar ayının 18-də Dövlət Dumasının sədri Sergey Narışkin açıqlamalıdır.
Məlumata görə, artıq bununla bağlı yekun qərar qəbul edilib.
“Xarici İşlər Nazirliyi bir neçə variantın nəzərdən keçirildiyi məruzə hazırlamışdı.
Lakin Rusiyanın AŞPA-da tapdalanmış hüquqlarının bərpa ediləcəyi ilə bağlı təminat yoxdur.
Biz Strasburqa növbəti siyasi hədə-qorxularla üzləşməyə getmək istəmirik”- deyə Dövlət Dumasındakı mənbə qeyd edib.
Bununla yanaşı, qeyd edilib ki, AŞPA yanvarın 25-də Rusiyaya öz səlahiyyətlərini qaytarsa, vəziyyət dəyişəcək.
"Nar" teqi üzrə xəbərlər
- "Nar"ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
- "Nar"ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
- "Nar" sərfəli smartfon modellərini təqdim edir
- "Nar" və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
- "Nar"ın dəstəyi ilə "Kudos" intellektual oyununun finalçıları mükafatlandırıldı
Rəylər