Sərbəst güləş üzrə Nazranda keçirilən (İnquşetiya) Rusiya çempionatında azarkeşlər kütləvi dava salıblar.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Hadisə Zaurbey Sidakovla (Şimali Osetiya - Alaniya) Məhəmmədhəbib Kadiməhəmmədovun (Dağıstan) görüşü zamanı baş verib. Görüş sonuncunun qələbəsi ilə başa çatıb. Kütlə hakimlərin işindən narazı qalıb. Sakitlik könüllülərin və təhlükəsizlik xidmətinin əməkdaşlarının birgə səyi nəticəsində bərpa edilib.
İnquşetiya rəhbəri Yunus-bəy Yevkurov asayişi pozanları təxribatçı adlandırıb.
S.S.
www.oxu.az