Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qarabağ su kanalının Ağcabədi rayonunun Qaradolaq kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub, vətəndaşın axtarışlarına başlanılıb.
Əlavə məlumat veriləcək.
A.M.