Azərbaycanda bir sıra sahələr üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Belə ki, 14 qanun layihəsinə “yalnız nağdsız qaydada həyata keçirilir” cümləsinin əlavə edilməsi təklif edilir.
Belə ki, “Əmək pensiyaları haqqında”, “Turizm haqqında” “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında” “Məşğulluq haqqında” , “İcbari sığortalar haqqında” və s qanunlara sözügedən dəyişiklik əlavə edilib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
12 iyun, 09:30
Azərbaycanda bəzi xidmət haqlarına görə ödənişin nağd yolla aparılması qadağan edilir.
Oxu.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı müxtəlif qanunlara dəyişikliklər edilir.
“Təhsil haqqında” qanuna edilən dəyişikliklərə görə, təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.
“Turizm haqqında” qanuna təklif edilən yeni dəyişikliyə əsasən, turagentlərə ödəmələri nağdsız qaydada həyata keçirmək mümkün olacaq.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna edilən yeni dəyişikliklər layihəsinə görə, sığorta haqqı işçilərə də nağdsız qaydada veriləcək.
U.A.
www.oxu.az