Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya Ermənistanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir
Moskva İrəvanın Rusiya prezidentinə qarşı həbs qərarı fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir.
Bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
O, Ermənistan tərəfinə İrəvanın ikitərəfli münasibətlər üçün mümkün addımlarının “son dərəcə mənfi” nəticələri barədə xəbərdarlıq edildiyinə də diqqət çəkib.
Qeyd edək ki, martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi qərar dərc edib. Qərarda respublikanın BCM-nin Roma Statutunda təsbit olunmuş öhdəliklərinin ölkənin əsas qanunlarına uyğunluğu vurğulanıb.
Xatırladaq ki, martın 17-də BCM Rusiya Prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların qanunsuz deportasiyası ittihamı ilə həbsinə order verib.
Mənbə: TASS
"Ermənistan" teqi üzrə xəbərlər
- Xankəndidə beş ay əvvəl ölmüş erməni qadının meyitinin Ermənistana aparılması müzakirə olunur
- Səudiyyə Ərəbistanından Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı paylaşım
- Rusiya Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır
- Devid Merkel: "Biz Ukrayna və Qəzzada məsələlərin danışıqlar yolu ilə həll olunmasını istəyirik"
- Öz ayıblarına kor olan Avropa Parlamentinin Azərbaycana "hərbi əsir" təzyiqi