Saray qəsəbəsində baş verən qəzada ölənlərin sayı artıb.
APA xəbər verir ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Zəminə Hüseynli, 2007-ci il təvəllüdlü Məryəm Allahverdiyeva və 1974-cü il təvəllüdlü Afət adlı şəxs dünyasını dəyişiblər.
Qəza nəticəsində 2019-cu il təvəllüdlü Mehdi Hüseynli, 2016-cı il təvəllüdlü Hüseyn Hüseynli, 1984-cü il təvəllüdlü Nərminə Hüseynova və 1989-cu il təvəllüdlü Nurəngiz Hüseynli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, dünyasını dəyişən Məryəm Rusiyada təhsil alırmış. O, Azərbaycana sənəd düzəltmək üçün gəlib.
19:57
Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub, ölən var.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
18:03
Saray-Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, “Mercedes-Benz” markalı minik avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Könül Cəfərli