Çeçen silahlılarının komandiri Doku Umarovun fəaliyyəti neytrallaşdırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Milli Antiterror Komitəsinin iclasında Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bəyan edib.
O qeyd edib ki, 2014-cü ilin birinci rübündə terror əleyhinə 33 əməliyyat keçirilib, 13 qrup rəhbəri və 65 silahlı şəxs zərərsizləşdirilib.
Xatırladaq ki, 2014-cü ilin martın 18-də “İmarat Kavkaz” adlı təşkilat öz lideri - Doku Umarovun öldüyünü bəyan edib.