Azərbaycan Milli Kitabxanasında görkəmli şair Teymur Elçinin 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək.
Oxu.Az AzərTAc-a istinadla bildirir ki, aprelin 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli şair, ictimai xadim, Dövlət mükafatı laureatı Teymur Elçinin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir təşkil olunacaq.
Tədbirdə, həmçinin “Teymur Elçin. Biblioqrafiya” kitabı da təqdim ediləcək.