Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiya “Google”u cəzalandırdı
Rusiyada “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sferasında Federal Nəzarət Xidməti) “Google” şirkətini cərimələyib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, buna səbəb axtarış saytının qanuna zidd olan informasiyalara istinadlar (linklər) göstərməsidir.
“Roskomnadzor”un rəhbəri Aleksandr Jarov “Google”ın 500 min rubl məbləğində cərimələndiyini açıqlayıb.
İddiaya görə, sözügedən dövlət orqanı axtarış saytından qanuna zidd informasiyanın olduğu saytlara yönləndirən linklərin kənarlaşdırılmasını tələb etsə də, “Google” buna məhəl qoymayıb və müvafiq qərar çıxarılıb.
Oxu.Az yeniləndi!
Rəylər