Ukraynada saxlanılan rusiyalı hərbçiləri növbə zamanı təsadüfən sərhəddi keçiblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyində mənbə bildirib.
Onun sözlərinə görə əsgərlər saxlanılan zaman müqavimət göstərməyiblər.
“Sözügedən hərbçilər həqiqətən də Rusiya-Ukrayna sərhəddinin həmin hissəsində patrul olublar və çox güman ki, sərhəddi təsadüfən keçiblər, saxlanılma zamanUkrayna silahlı qüvvələrinə heç bir müqavimət göstərilməyib”, - idarənin nümayəndəsi bildirib.
Eyni zamanda Müdafiə Nazirliyində qeyd ediblər ki, Ukrayna hərbçiləri dəfələrlə Rusiya sərhəddini keçiblər, bu tək və qruplar tərəfindən də olub, hətta “ümumi sayı 500 nəfərə çatan qrup da silah və zirehli texnika ilə sərhəddi keçib”, İTAR-TASS xəbər verib.
“Bu səbəbdən biz heç bir səs-küy qaldırmadıq, sadəcə arzuedənlər təhlükəsiz sahədən Ukrayna ərazisinə qaytarıldılar”, - mənbə əlavə edib.