Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı 23 nömrəli orta məktəbin yenidən tikilmiş binasının açılışında iştirak ediblər.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış oldular.
Sonda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.