Rusiya İsrailin Baş naziri Benyamin Netanyahunun İranla müharibəni bərpa etməkdə maraqlı olmadığını bildirən mesajını Tehrana çatdırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikası xarici işlər naziri Abbas Əraqçi deyib.
"Üç-dörd gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Netanyahu arasında telefon danışığı olub. Ertəsi gün Moskvadakı səfirimiz prezident administrasiyasından Netanyahunun ölkəmizlə yeni müharibə istəmədiyini bildirən mesajını alıb", - nazir İran dövlət televiziyasının efirində bildirib.