Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində Radkovkanı yaşayış məntəqəsini nəzarət altına alıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Xarkov vilayətinin Radkovka yaşayış məntəqəsi "Qərb" qoşun qruplaşmaları bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində nəzarətə götürülüb", - deyə məlumatda bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bir həftə ərzində altı yaşayış məntəqəsi nəzarət altına alınıb - Radkovkadan başqa Sumı vilayətində Maryino, Donetsk vilayətində Aleksandropol, Novoolenovka, Novaya Poltavka və Boqatır.