Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yakub Douan: "Bakıdakı turnirin təşkilatçılığı məni təəccübləndirdi"
Bakıda keçirilən dünya çempionatının təşkilatçılığı Mavritaniya Minifutbol Federasiyasının prezidenti Yakub Douanı təəccübləndirib.
Oxu.Az xəbər verir ki, funksioner bu barədə "Report"a açıqlama verib.
O, A qrupunun II turunda Bəhreyni məğlub etmələri (2:0) ilə bağlı fikirlərini bölüşüb:
"Bu, Mavritaniya üçün tarixi oyun oldu. Dünya çempionatında ilk qələbəmizi əldə etdik. Ölkəmiz üçün yeni tarixlər də yazmaq istəyirik. Qarşıdakı oyunlarda da yaxşı nəticələrə ümid edirik. Bunu ürəkdən istəyirik".
Federasiya prezidenti turnirin təşkilatçılığı və Bakı haqqında danışıb:
"Təşkilatçılıq məni təəccübləndirdi. Çünki daha əvvəl Dünya Minifutbol Federasiyasının təşkil etdiyi U-23 dünya çempionatında da olmuşam. Belə deyildi. Bura gələndə həm də ona görə təəccübləndik ki, şəhərinizdə hər şey mükəmməldir. Bakıdakı şərait, nəqliyyat, yaşayış və sair".
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
"Minifutbol üzrə dünya çempionatı 2025" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində