Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsrail Minifutbol Federasiyasının nümayəndəsi: "Bakıdakı dünya çempionatı çox gözəl təşkil olunub"
"Bakıdakı dünya çempionatı çox gözəl təşkil olunub".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında İsrail Minifutbol Federasiyasının nümayəndəsi Qay Vaynerman deyib.
O, Bakıda keçirilən dünya çempionatının açılış mərasimini çox bəyəndiyini söyləyib:
"Açılış həqiqətən əla alındı. Burada gördüklərimiz bizi sözün ən yaxşı mənasında təəccübləndirdi. Həmin vaxt olan atmosferi sözlə ifadə edə bilmirəm. Milli Gimnastika Arenası çox gözəldir. Daha əvvəl İsrail yığması ilə 4 dəfə beynəlxalq turnirlərdə iştirak etmişəm. Həmin yarışlar da gözəl təşkil olunmuşdu. Lakin Azərbaycan daha fərqlidir".
Qay Vaynerman Serbiya yığmasına məğlub olduqları oyunu da şərh edib:
"Dünya çempionatındakı ən çətin rəqiblərdən biri ilə qarşılaşdıq. Əlimizdən gələni etsək də, nəticə ürəkaçan olmadı. Rəqibin heyəti güclü futbolçulardan təşkil olunub. Daha çox müdafiədən oyun qurmağa çalışırdıq. Əminliklə söyləyə bilərəm ki, bu bizim ən yaxşı çıxışımız deyil. Növbəti görüşlərdə daha yaxşı nəticələr qazanmağa çalışacağıq".
Qeyd edək ki, İsrail millisi H qrupundakı ilk matçında Serbiyaya 0:3 hesabı ilə uduzub.
"Minifutbol üzrə dünya çempionatı 2025" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində