Moskva Polşanın İrkutskdakı baş konsulluğunun 2025-ci il dekabrın 30-dan etibarən bağlanması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilir ki, bu addım Rusiyanın Qdanskdakı baş konsulluğunun Polşa tərəfindən bağlanmasına cavab tədbiridir.
"Noyabrın 27-də Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Rusiya XİN-ə çağırılıb və ona Polşa hakimiyyətinin 2025-ci il dekabrın 23-dən etibarən Rusiyanın Qdanskdakı baş konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri çəkməsinə cavab tədbiri olaraq, Rusiya tərəfinin 2025-ci il dekabrın 30-dan etibarən Polşanın Irkutskdakı baş konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri çəkməsi barədə qərar qəbul etdiyini bildirən nota təqdim olunub", - deyə Rusiya XİN-in məlumatında deyilir.