Ərzurumun Yoncalık bölgəsinin Rabiyana-Xatun məhəlləsində (Yakutiye rayonu) səhər saatlarında qaz partlayışı baş verib. Nəticədə iki ev tamamilə çöküb, qonşu evlərin hasarları uçub. Xəsarət alan bir nəfər xəstəxanaya çatdırılıb.
Oxu.Az İHA-ya istinadla xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və tibbi briqada cəlb olunub. Onlar yeni partlayışların qarşısını almaq üçün dağıntıların təmizlənməsinə başlayıblar.
Bildirilir ki, artıq iki gündür şəhərdə təbii qazla bağlı problem yaşanır. Dünən bütün şəhər boyunca işığın verilməsində problemlər olub. Bu gün səhər baş vermiş partlayışdan sonra şəhərin müxtəlif yerlərindən qaz sızıntısı barədə məlumatlar gəlir. "Palen Doğalgaz" komandaları məlumat axınının və problemlərin öhdəsindən gələ bilmirlər.