Türkiyənin Ərzurum vilayətinin Oltu rayonunda yerləşən daş karxanasında uçqun baş verib. Hadisə nəticəsində 3 işçi həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Bildirilir ki, hadisə ilə bağlı məlumat daxil olan kimi əraziyə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD), jandarm, yanğınsöndürənlər və təcili tibbi yardım qrupları cəlb olunub.
Axtarış-xilasetmə işləri zamanı işçilərdən ikisinin meyiti tapılıb. Yaralı halda çıxarılan üçüncü şəxs isə hadisə yerində həyatını itirib.
Jandarm hadisə ilə bağlı istintaqa başlayıb.