Rusiyanın Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparan aviaqüvvələri Türkiyə ilə sərhəddə Suriyanın İdlib əyalətinin Maarat əl-Numan qəsəbəsinə 2 bomba zərbəsi endirib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aviazərbə nəticəsində dağılan binaların altında 5 nəfər ölüb, daha 10 insan yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara daşınıblar.