Bakıda 16 yaşlı oğlan özünü bulvar ərazisindən dənizə ataraq intihara cəhd edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, yaxınlıqdakı polislər və vətəndaşlar intihara cəhdin qarşısını alıb.
İlkin araşdırma nəticəsində məlum olub ki, özünü öldürmək istəyən yeniyetmə 1999-cu ildə Qazax rayonunda anadan olmuş Həmzəyev Tamerlandır (ad və soyad şərtidir).
Polis Bölməsində izahatı alınan T.Həmzəyev deyib ki, bir müddət əvvəl valideynləri boşanıb. Bundan sonra atası ona öz soyadını verməkdən də imtina edib.
Buna görə də o, özünə qəsd etmək istəyib.
14:17
Noyabrın 26-na keçən gecə Abşeron rayon sakini Həmzəyev Tamerlan (ad və soyad şərtidir) Səbail rayonu ərazisində özünü dənizə atmağa cəhd göstərib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Araşdırma aparılır.