Baku TV-nin "Yeni bir səhər" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərinin, o cümlədən əldə olunan razılaşmaların əhəmiyyəti politoloq Zaur İbrahimli ilə müzakirə edilib.
Verilişdə Ermənistanın növbəti dəfə Azərbaycan Ordusu ilə bağlı yaydığı dezinformasiya, eləcə də Rusiya-Ukrayna müharibəsində son vəziyyət diqqətə çatdırılıb.
Həmçinin Səhiyyə Nazirliyi yanında yaradılmış Xüsusi Təftiş Komissiyasının açıqladığı ölkə ərazisində fəaliyyət göstərməyə icazəsi olan plastik cərrahların siyahısında çoxsaylı insanı əməliyyat etmiş populyar cərrahların adlarının yer almaması ilə bağlı həkim Adil Qeybulla ilə müzakirə aparılıb.
Daha ətraflı videomaterialda: