Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır
Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) yay uçuş cədvəli çərçivəsində sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir. Aviaşirkət 28 aprel tarixindən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə həyata keçiriləcək: Monteneqronun Tivat şəhərinə - bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri.
AZAL ilə dəniz sahillərində yerləşən Tivat və Batumiyə səyahət edərək yay istirahətinizi daha yaddaqalan, unudulmaz bir təcrübəyə çevirin.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi: Növbəti AZAL-ın təyyarəsi ola bilər
- AZAL IATA-nın Ekoloji Qiymətləndirmə Proqramına qoşulub
- AZAL IATA-nın "CO2 Connect" proqramına qoşuldu
- Bakıda IATA-nın Aviasiya Enerji Forumu işə başladı
- Azərbaycandan Pakistan və Hindistana reyslər mərhələli şəkildə bərpa edilir