Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Azərkosmos" və "Türksat" arasında Anlaşma Memorandumu imzalanıb
"Azərkosmos" və Türkiyənin aparıcı peyk telekommunikasiya şirkəti "Türksat" arasında Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, sənəd hər iki tərəf arasında peyk telekommunikasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və bilik, bacarıq və təcrübə mübadiləsinə xidmət edir.
İmzalanma mərasimi "Azərkosmos"un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub.
STC çərçivəsində "Azərkosmos" 10-a yaxın Anlaşma Memorandumu imzalayacaq.
Memorandum çərçivəsində tərəflər informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində strateji, iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Eyni zamanda, imzalanmış sənəd əsasında peyk xidmətləri ilə bağlı regional və beynəlxalq qanunların tənzimlənməsi, radiotezliklərin düzgün idarə olunması, coğrafi informasiya sistemləri xidmətləri, kosmik texnologiyalar, kosmik layihələrin idarə edilməsi və digər mövzular üzrə ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulub.
"Azərkosmos" teqi üzrə xəbərlər
- "Azərkosmos" Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb
- Alper Gezeravcı: "Türkiyədə kosmik liman layihəsi üzərində iş gedir"
- TDT-yə üzv ölkələrin kosmik agentliklərinin və aidiyyəti qurumlarının rəhbərlərinin görüşü keçirilib
- Dunay Bədirxanov: "Türk dövlətlərinin həmrəyliyi yalnız simvolik deyil, həm də strateji zərurətdir"
- "Azərkosmos" hədiyyə almaq üçün xərclədiyi 154 min manatı büdcəyə bərpa etməli olacaq