Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiya Ukraynadakı münaqişənin həllini 2026-cı ilə qədər rədd edir? - Peskovdan AÇIQLAMA
"Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı düşünülmüş variantlar üzərində işləyir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov "The Washington Post" nəşrinə müsahibəsində deyib.
"Biz daha mürəkkəb variantlar üzərində işləyirik", - deyə o bildirib.
Dmitri Peskov bu sözlərlə Rusiya Federal Təhlükəsizlik Xidmətinə yaxın Moskva analitik mərkəzinin hazırladığı və Avropa kəşfiyyatının əlinə keçdiyi iddia edilən sənədi şərh edib. Sənəddə Rusiyanın Ukraynadakı münaqişənin 2026-cı ilə qədər həlli imkanlarını və ABŞ Prezidenti Donald Tramp Administrasiyasının təklif etdiyi sülh sazişi variantlarını geri çevirdiyi iddia olunur.
Kremlin rəsmi nümayəndəsi, həmçinin Moskvanın "bu cür tövsiyələrdən" xəbərdar olmadığını da vurğulayıb.
"Dmitri Peskov" teqi üzrə xəbərlər
- Peskovdan Ukraynada 30 günlük atəşkəs ilə bağlı bəyanata reaksiya
- Kreml İstanbul razılaşmalarını Ukrayna üzrə danışıqlar üçün baza hesab edir
- Putin və Trampın tarixi görüşü ABŞ-də baş tuta bilər: Yeni DETALLAR
- Trampın Putindən İranla bağlı istəyi NƏDİR?
- Peskov Rusiya-ABŞ münasibətlərinin normallaşmasının şərtini açıqladı