Rusiyanın “Su-27” qırıcısı Baltika səmasında ABŞ hərbi hava qüvvələrinə aid kəşfiyyat təyyarəsi ilə üz-üzə gəlib.
Bu barədə Lenta.ru Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
RC-135 kəşfiyyatçısı Baltika dənizinin neytral suları üzərində qeydə alınıb. Onun Rusiya sərhədinə doğru yaxınlaşdığı məlum olduqdan sonra Rusiya hərbi hava qüvvələri onu qoruduğu hüdudlardan uzaqlaşdırmaq üçün havaya “Su-27” qırıcısını qaldırıb.
Hər hansı insident yaşanmayıb və Rusiya qırıcısı uğurla təhkim olunduğu bazaya qayıdıb.