Mayın 18-dən etibarən Rusiya və Estoniya arasında dəmiryolu əlaqəsi dayandırılır
Oxu.Az-ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, Estoniyanın “GoRail” dəmiryolu şirkəti Tallin – Moskva marşrutu üzrə sərnişindaşımanı dayandırmağa qərar verib.
Bu gün Estoniya paytaxtından qeyd olunan marşrut üzrə sonuncu sərnişin qatarı yola düşəcək.
Bundan əvvəl mayın 10-da Tallin – Sankt Peterburq marşrutu üzrə qatarların hərəkəti dayandırılıb.
Şirkətin rəhbəri Allar Pinsel Rusiyadan gələn turistlərin sayının kəskin azalması marşrutun bağlanmasına səbəb olub.
“Estoniya Dəmir Yolları”nın “Rusiya Dəmir Yolları” ilə dəmiryolu əlaqəsinin bərpası ilə bağlı danışıqlar aparır, lakin hələlik heç bir qərar qəbul olunmayıb.