Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-Mark Eyro arasında telefon danışığı olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini müzakirə ediblər.
XİN rəhbərləri Rusiya- Fransa münasibətlərinin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparıblar.
S.B.
www.oxu.az