Oktyabrın 30-31-də Rusiyada Beynəlxalq Xəzər Rəqəmsal Forumu tarixlərində keçirilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Məlumata görə, forum Xəzər regionu ölkələri arasında qarşılıqlı əlaqələrin inkişafında maraqlı olan dövlət idarəçiliyi, biznes icması və elmi dairələrin nümayəndələri üçün ənənəvi görüş yerinə çevrilib.
Tədbirdə Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev bildirib ki, Xəzər dənizinin dibi boyunca fiber-optik rabitə xəttinin (FORX) tikintisi üzrə Qazaxıstanla birgə müzakirələr aparılır. Bu, Rusiya regionları ilə Ermənistan, İran və Qazaxıstan arasında birbaşa rabitənin təmin edilməsi üçün zəruridir.
O, həmçinin layihənin Xəzəryanı dövlətlərin rəqəmsallaşdırılmasına əlavə təkan verəcəyinə ümid etdiyini ifadə edib.