"Qarabağ"ın braziliyalı ulduzu Kadi Borges parataekvondoçularımızın məşqində olub.
Bu barədə Oxu.Az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Bildirilib ki, Kadi Borges Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında keçirilən görüşdə "Qarabağ" klubunun braziliyalı futbolçusunun sadiq azarkeşi olduğunu bildirən, bu səbəbdən özünə "Kadi" ləqəbini götürən gənc parataekvandoçu Amin Əliyevi idman zalında ziyarət edib və ona öz formasını hədiyyə edib.
Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılarımız üçün gələcək yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.