Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyan edib.
Bildirilir ki, Ukrayna ərazisindən 84 rusiyalı hərbçi geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 84 döyüşçüsü təhvil verilib.
Mübadilə Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilib.