Rusiya vətəndaşları daxili ümumvətəndaş pasportları ilə Ermənistana səfər edə bilməzlər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş naziri Dmitri Medvedev erməni həmkarı Karen Karapetyan ilə görüşün nəticəsində bildirib.
“Bu səfər çərçivəsində vətəndaşlarımızın daxili pasportlar ilə Ermənistana səfər edə biləcəyinə dair razılığa gəlmişik. Bu barədə sənəd imzalanıb. Bu humanitar qarşılıqlı fəaliyyət kimi əməkdaşlığı möhkəmləndirəcək”, - Medvedev deyib.
N.O.
www.oxu.az